Accessibility links

Pakistan Ali Məhkəməsi xəbərdarlıq edib


Pakistanın Ali məhkəməsi İslamabad polisi və başqa şəhərlərin rəsmilərini zorakı fəaliyyətlərindən əl çəkməyə çağırıb. Qeyd edək ki, keçən şənbə etirazçılara göstərilən güc nəticəsində onlarla jurnalist və hüquqşunas yaralanmışdı. Sorğu-suala çağırılan administrativ rəsmilər və polislər hadisə ilə bağlı izahat verdikdən sonra Ali Məhkəminin baş hakimi İftixar Çaudri zorakılıqlara son qoyulması haqda əmr verib. Qeyd edək ki, hüquqşunaslar prezident Pərviz Müşərrəfin orduya rəhbərliklə yanaşı, yenidən prezidentliyə namizədliyini irəli sürməsilə razılaşmayaraq etiraz aksiyalarına başlamışdılar. Keçən həftənin sonunda keçirilən aksiyaları dağıtmaq üçün polis, dəyənək və gözyaşardıcı qazdan istifadə etmişdi.

XS
SM
MD
LG