Accessibility links

ABŞ prezidenti İrana dəvət edilib


İranın Firdovsi Universiteti ABŞ prezidenti Corc Buşu Holokost, terrorizm və insan hüquqları kimi məsələrlər haqda çıxış etməsi üçün İrana dəvət edib. İranın Fars xəbər agentliyinin bildirdiyinə görə, Məşhəd şəhərində yerləşən Firdovsi Universiteti prezident Buşdan tələbə və professor heyəti ilə suala-cavabda iştirak etməsini xahiş edib. Ağ Ev isə bu dəvəti ciddi qəbul etmədiyini bildirir. Ağ Evin sözçüsü Dana Perinonun dediyinə görə, Corc Buş vətəndaşlarını söz azadlığı ilə təmin edən azad və demokratik, İsrailin mövcudluq hüququnu inkar etməyən, nüvə silahlarından əl çəkən İrana səfər edə bilərdi.

XS
SM
MD
LG