Accessibility links

Fransada gənclər polislərə hücum ediblər


" hspace=2 src="/azerbaijani/images/ap_france_immigration_protest_20sep07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Fransanın daxili işlər naziri bir qrup gəncin ölkənin şərq hissəsində törətdiyi zorakılıqları ittiham edib. Bu gün daxili işlər naziri Mişel Alliot-Mari Sant-Dizirə səfər edərək keçən gecə bir qrup gəncin polis və yanğın söndürənlərə hücümu nəticəsində törədilmiş dağıntıları araşdırıb. Zorakılıqlara son qoymaq məqsədi ilə o, şəhərə iğtişaş polisini göndərib. Dünən axşam başlarına kapüşon geyinmiş təxminən 40 nəfər gənc yanğın çağırışına gedən yanğın södürünlərə və onları müşayiyət edən polislərə hücüm edib. Azğınlaşmış gənclər 2 polis maşınını dağıdıb, 20-dən çox avtomobili yandırıblar. Bundan əlavə 2 yaşayış binasında da yanğın törədiblər. Hadisənin törədilməsi səbəbləri barədə polis heç bir məlumat vermir.
XS
SM
MD
LG