Accessibility links

Ukrayna baş nazirinin Moskvaya səfəri gözlənilir


Rusiyaya səfər edən Ukrayinanın baş naziri Viktor Yanukoviç ikitərəfli münasibətləri müzakirə etməyi planlaşdırır. Bu gün yayımlanmış bu məlumat, Rusiyanın dövlət monopoliyasına məxsus olan Gazprom şirkətinin Ukrayna borcları ödəmədiyi təqdirdə qazın satışını dayandıracağı barədə verdiyi xəbərdarlığa təsədüf edir. Şirkət bildirib ki, 2007-ci ildə verilmiş qaza görə Ukrayinanın borcu 1,3 milyard dollardır. Ukrayna hökümətinin rəsmiləri bildiriblər ki, cənab Yanukoviç Rusiyaya səfəri zamanı rusiyalı həmkarı Viktor Zubkovla görüşüb, bu məsələni müzakirə edəcək.
XS
SM
MD
LG