Accessibility links

Iraqda 2 şiə fraksiyası razılığa gəlib


İraqın iki rəqib şiə fraksiyasının biri digərinə qarşı zokılıqdan əl çəkməyə razı olduğunu bildirib. Əbdül Əziz Əl Həkimin başçılıq etdiyi İraq Ali İslam Şurası və radikal ruhani Möqtəda Əl Sədr zorakılıqların qarşısını almaq üçün bir-birilərilə əməkdaşlıq etməyə razılıq veriblər. Keçən avqust ayında bu iki qrup arasında Kərbəla şəhərində baş verən toqquşmalarda 51 nəfər həlak olmuş, 200-dən çox adam yaralanmışdı. Bu arada İraqdakı Amerika hərbçiləri bildirirlər ki, koalisiya qüvvələri bu gün Bağdadın cənubunda İraqın Əl-Qaida hədəflərinə reydi zamanı 4 terrorçunu və iki yaraqlını da Samara şəhərinin yaxınlığında öldürülüblər. 9 yaraqlını isə həbs ediblər. Bundan əlavə Bağdad, Samara və Kərkükda keçirilən reydlər nəticəsində 9 yaraqlı həbs edilib.
XS
SM
MD
LG