Accessibility links

Bağdadda bu gün 3 bomba partlayışı olub


İraq rəsmiləri bu gün Bağdadda baş verən 3 bomba partlayışı səbəbi ilə 9 adamın həlak olduğu, bir neçəsinin isə yaralandığını bildirir. Bağdadın Dora rayonunda yol kənarına yerləşdirilmiş bomba partlayışı yoldan keçən 3 şəxsin ölümünə səbəb olub. Digər hücum polis idarəsi yaxınlığında həyata keçirilib, nəticədə 3 adam həlak olub. Üçüncü hücum isə maşına bomba yerləşdirilməsi ilə həyata keçirilib. Bütün bunlarla yanaşı koalisiya qüvvələri tərəfindən terrorizmdə şübhələnilən bir şəxsin öldürüldüyü xəbər verilir. Bu arada İraqın baş naziri Nuri Əl-Maliki şiə liderlərin döyüşlərin dayandırılmasına dair əldə etdikləri razılığı alqışlayıb.

XS
SM
MD
LG