Accessibility links

Pakistanda zorakılıqlar ara vermir


Pakistan ordusunun məlumatında bildirilir ki, Şimali Vəziristan regionundakı döyüşlər zamanı 20 yaraqlı və 6 əsgər həlak olub. Ordu sözçüsü, general-mayor Vahid Ərşad təhlükəsizlik qüvvələrinin Əfqanıstanla sərhəd bölgədə Talibanyönümlü yaraqlılara qarşı əməliyyatı hərbi maşın karvanının pusquya salnmasından sonra həyata keçirdiyini bildirib. General-mayor 15 adamın yaralandığını deyib. Şimali Vəziristanda zorakılıqlar yaraqlılarla atəşkəsin təhlükəsizlik qüvvələrinin İslamabad məscidinə qarşı hücumu ilə pozulmasından sonra vüsət alıb.

XS
SM
MD
LG