ABŞ-ın yüksək səlahiyyətli rəsmiləri oktyabr ayının 12-i və 13-ü strateji təhlükəsizlik məsələsinin müzakirəsi məqsədi ilə Moskvada Rusiya rəsmiləri ilə görüş keçirməldiir. ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər uzunmüddətli mübahisələrin həllinə çalışacaq. Bildirildiyinə göyə, Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Anatiliy Serdyukov, Amerikanı isə ABŞ-ın müdafiə naziri Robert Geyts və dövlət katibi Kondoliza Rays təmsil edəcək. Görüşün diqqət mərkəzində Kosovonun gələcək statusu, müdafiə məsələləri, silahların məhdudlaşdırılması və digər məsələlər müzakirəyə çıxarılacaq. Rusiya və Amerika raketlərdən müdafiə sistemi ilə bağlı ortaq fikrə malik deyillər. Amerikanın Şərqi Avropa ölkələrində anti-raket sistemi yerləşdirməsi planını Rusiya prezidenti Vlaidirmi Pitin Avropada silah yarışına yol açılması kimi qiymətləndirir. Rusiya bu məqsədlə Azərbaycanın Qəbələ RLS-dən birgə istifadə edilməsini təklif edir. Vladimir Putin bildirir ki, bu, müdafiə sahəsindəki gələcək əməkdaşlığa gözəl bir imkandır.