Accessibility links

Şimali Vəziristan vilayətində 50 əsgər itkin düşüb


Pakistan ordusunun bildirdiyinə görə, qəbilələrin yaşadığı Şimali Vəziristan bölgəsində İslamçı yararqlılarla bu gün baş verən qarşıdurma zamanı azı 50 əsgər itkin düşmüşdür. Dünən də həmin bölgədə, Əfqanıstanla sərhəddə atışma zamanı 20 əsgər ölmüşdür.

Hərbi sözçü, general-mayor Vahid Ərşad qarşıdurmanın Mir Əli yaşayış məntəqəsi yaxınlığında, talibanyönümlü yaraqlıların hərbi konvoyunun pusquya salmasından sonra baş verdiyini bildirmişdir. Yerli sakinlər qarşıdurma zamanı 4 mülki vətəndaşın öldüyünü bildirsələr də, hərbiçilər bu məlumatı təsdiq etməmişlər. Bundan bir az sonra isə hərbiçilər həmin regionun Hasu Xel məntəqəsində yaraqlılar tərəfindən hücuma məruz qalmışlar.

XS
SM
MD
LG