Accessibility links

İraqda bu gün 19 nəfər ölüb


İraqın şimal şəhərlərinin birində bomba yüklü 2 maşının partlaması nəticəsində 19 nəfər həlak olub, 30 insan isə müxtəlif dərəcəli xəsarət alıb. Birinci partlayış Baji şəhərinin polis idarəsinin qarşının baş verib. Digəri isə Əl-Qaidə əleyhinə ABŞ hökuməti ilə mübarizə aparan sünni lider Tamir Atallahın evinin yaxınlığında olub. O, “Oyanış Şurası” adlanan anti-Əl-Qaidə koalisiyasının bir hissəsidir. Bu gün Bağdad da bomba hücumuna məruz qalıb. Partlayış zamanı 5 nəfər həlak olub. Mosul şəhərinin polis idarəsinin qarşısında da terror aktı baş verib.
XS
SM
MD
LG