Accessibility links

Blackwater USA ölənlərin ailəsinə 136 milyon dollar ödəməlidir


İraq hökuməti Amerikanın təhküləsizlik xidməti BlackWater USA-in İraqda öldürdükləri insanların ailələrinə 136 milyon dollar verməsini istəyir. Tələb İraq hökumətinin 16 sentyabrda qərbi Bağdad meydanında insidentin araşdırılmasından irəli gəlib. BlackWater-in təhlükəsizlik mühafizəçiləri 17 iraqlını öldürməkdə ittiham olunur. Bundan başqa hesabata şirkətin 6 ay ərzində ABŞ hökuməti ilə əlaqələrinin kəsilməsi tələbi də daxil edilib. Qeyd edək ki, atışma zamanı kontraktorlar ABŞ dövlət departamentinin nümayəndə heyətini mühafizə edirdi. Blackwater isə ittihamları qəbul etməyərək, iraqlıların kortejə hücumundan sonra mühafizəçilərinin atəş açdığını deyir.

XS
SM
MD
LG