Accessibility links

ABŞ prezidenti Konqresdəki qanunvericiləri soyqırıma dair qətnaməni qəbul etməməyə çağırır


ABŞ Konqresinin Nümayəndələr Palatası Osmanlı imperiyası dövrü ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnamə üzrə səsvermə keçirməyə hazırlaşır. Prezident Buş qanunvericiləri qətnaməni qəbul etməməmyə çağıraraq, deyib ki, hər bir kəs ermənilərin kütləvi qətllərinə görə dərin kədər hissi keçirir. Lakin o bildirib ki, qətnamə NATO üzrə və terrorizmə əleyhinə səylərdə əsas müttəfiq olan Türkiyə ilə münasibətlərə böyük zərər vuracaq. ABŞ Müdafiə naziri Robert Geyts Türkiyənin Birləşmiş Ştatların Əfqanıstan və İraqda əməliyyatları üçün əsas keçid olduğunu deyib. Türkiyə prezidenti Abdulla Gülün ofisinin bidirdiyinə görə, cənab Gülün prezident Buşa məktubunda yazılıb ki, qətnamə qəbul edilsə, bu, ikitərəfli münasibətlərə zərər vura bilər.
XS
SM
MD
LG