Accessibility links

ABŞ prezidentliyinə  respublikaçı namizədlər debatlar təşkil edib


ABŞ prezidentliyinə 9 respublikaçı namizəd bir sıra məsələlərlə yanaşı İranla bağlı vəziyyətin həllinə dair debatlar təşkil edib. Sabiq senator Fred Tompson, senator Con Makkeyn və Nyu-York şəhərinin sabiq meri Rudi Culiani İrana qarşı hərbi əməliyyata keçməzdən əvvəl Konqresin razılığının əldə edilməsinin vacibliyini deyiblər. İqtisadiyyatla bağlı sualları cavablandırarkən respublikaçı namizədlər federal hökumətin xərclərini ixtisar etməsinin labüdlüyünü vurğulayıblar. Senator Con Makkeyn prezident Buşun uşaqların səhiyyə sığortalarına dair qanuna veto qoymasını alqışlayıb. Masacussets ştatının sabiq qubernatoru Mitt Romni deyib ki, iqtisadiyyat debatlarının mərkəzi olan Miçiqan ştatındakı problemlər maşınqayıma sənayesindən irəli gəlir. O deyib ki, ölkə liderləri bir araya gəlib, problemi həll etməlidir.

XS
SM
MD
LG