Accessibility links

Birmadakı zorakılıqlar haqda bəyanat bu gün təsdiq olunacaq


BMT Təhlükəsizlik Şurası Birmadakı demokratiya tərəfdarlarına qarşı son zorakılıqları qınayan bəyənatı bu gün təsdiq etməsi gözlənilir. Şuranın üzvləri bəyənatın nüsxəsini baş qərərgaha göndəriblər.Onlar bu gün Nyu Yorkda yenidən yığışıb, sənədin qəbulunu sona çatdırmağa çalışacaq. Diplomatlar deyir ki, düzəlişlər edilmiş bəyənat Birma hökumətini siyasi məhbusları və həbsdə olan digər aksiya iştirakçılarını azad etməyə çağırır. Qeyd edək ki, veto qoymaq hüququna malik BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Çin və Rusiya bəyənatın bir qədər yumşadılmasına nail olmuşdular.
XS
SM
MD
LG