ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, İran nüvə proqramına dair BMT-nin suallarını cavablandırmaqdan boyun qaçırır və mütəffişlərə yalan söyləyir. Dövlət katibi İranın qəsdən Beynəlxalq Atom Enerjisi Agentliyinə yalan məlumat verdiyini bildirib. Xatırladaq ki, İranla BMT-nin nüvə agentliyi üç günlük Tehran danışıqlarını dünən başa çatıb. İranın baş nüvə müzakirəçisinin yardımçısı Cavad Vaidi danışılqarın gələn həftə davam etdiriləcəyini deyib.