Accessibility links

Ankara Vaşinqtondakı səfirini geri çağırıb


Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin Türkiyədə Osmanlı İmperiyası dövründə ermənilərin soyqırıma məruz qalmasına dair qətnamənin təsdiqi Tükriyə liderlərinin kəksin qəzəbinə səbəb olub. Ankara məsləhətləşmələr üçün Vaşinqtondakı səfirini geri çağırıb. Bu gün İstanbulda yüzlərlə insan qətnaməyə etiraz olaraq aksiyalar təşkil edib. Türkiyə prezidenti Abdulla Gül sənədin təsdiqini qəbuledilməz adlandırıb. O, ABŞ qanunvericilərini xırdaçılıq siyasəti yürütməkdə günahlandırıb. Prezident Buş qətnamənin NATO-ya üzv, ABŞ-ın İraq və Əfqanıstandakı qüvvələrinin təchizat tranziti olan Türkiyə ilə münasibətlərə ziyan vuracağı barədə xəbərdarlıq vermişdi. Ağ Ev genosidin təsdiqini Amerikanın milli təhlükəsizliyinə hədə kimi qiymətləndirir.

XS
SM
MD
LG