Accessibility links

BMT-nin Təhlükəsizlik Şurası Birmaya dair ilk rəsmi bəyanatını açıqlayıb


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Birmadakı vəziyyət barədə ilk rəsmi bəyanat verib. Bəyanatda ölkənin hərbi rejimi demokratiya tərəfdarlarının nümayışlərinə qarşı işlətdiyi zorakılıqlara görə tənqid edilir. Təhlükəsizlik Şurasının bəyanatı Birma rəsmilərini demokratiyayönümlü müxalifətin rəhbərləri ilə danışıqlar keçirməyə və siyasi məhbusları azad etməyə çağırır. Bəyanatda deyilir ki, BMT-nin Təhlükəsizlik Şurası dinc nümayişlərə cavab olaraq hərbi qüvvənin tədbiq olunmasından təəssüflənir. Birləşmiş Ştatlar, Britaniya və Fransa sənədin mətnində daha sərt ifadələrin istifadəsini təklif etsələr də, Çin və Rusiya onların mülayimləşməsinə nail olmuşlar.

XS
SM
MD
LG