Accessibility links

Birmada hərbi hökumət zorakılıqdan əl çəkmir


Cənub-şərqi Asiyadan verilən məlumata görə, Birmada hərbi hökumətin zorakılıqlarının davamı olaraq, daha 4 nəfər demokratiya fəalı həbs edilib. İnsan Hüquqları Təşkilatı Amnesty İnternatinal-dan bildirirlər ki, bugün həbs edilən 3 nəfər 1988-ci ildə nümayişlər keçirən tələbə qrupunun liderləridir. Avqustdan bəri artıq “88-nəsil tələbələr” qrupunun 13 üzvü həbs edilib. Bununla yanaşı, bu gün hərbi hökumət qüvvələri Ranqun stadionunda təşkil etdikləri hakimiyyəti dəstəkləyən tədbirdə, minlərlə insan hökumət yönümlü sloqanlar və mahnılar oxuyublar. Mənbənin verdiyi məlumata görə, iştirakçıların çoxu, avtobuslarla şəhərin ayrı bölgələrindən gətiriliblər. Bu arada BMT-nin Birma üzrə nümayəndəsi İbrahim Qəmbəri regiondakı ölkələrin rəhbərləri ilə danışıqları davam etdirir.
XS
SM
MD
LG