Accessibility links

ABŞ Dövlət katibi Rays Yaxın Şərqə səfər edib


ABŞ Dövlət katibi Kondaliza Rays Birləşmiş Ştatların sponsorluğu ilə keçiriləcək Yaxın Şərq sülh konfransına hazırlıqlar məqsədilə regiona səfərinə başlayıb. Bu gün İsrailə yetişən xanım Rays ölkənin baş naziri Ehud Olmertlə, bundan sonra isə Fələstinlilərin rəhbəri Mahmud Abbasla görüşü zamanı Fələstin dövlətinin yaranması ilə bağlı sənədlərə dair fikir ayrılıqlarını müzakirə edəcək. Mahmud Abbas hökuməti İsrailin Qüdsün statusu, fələstinli qaçqınlar və son sərhədlər kimi mübahisəli məsələlərin həlli üçün vaxt cədvəli tərtib olunmasını razı olmasını istəyir. İsrail isə prinsiplərə dair qeyri-müəyyən bəyənnaməyə üstünlük verir. Xanım Rays bundan başqa Misir və İordaniyaya də səfər edəcək. Bu ölkələrə getməkdə də məqsəd gələn ay ABŞ-ın Annapolis şəhərində keçirilməsi gözlənilən konfransa ərəblərin dəstəyini almaqdır.
XS
SM
MD
LG