Accessibility links

Xəzəryanı dövlətlərin liderləri deklarasiya imzalayıblar


Rusiya, İran və Xəzər dənizi sahili dövlətlər öz ərazilərindən başqa regional dövlətə hücum edilməsinə imkan verməmək haqda razılıq əldə ediblər. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın prezidentləri deklarasiyanı bu gün Tehranda, Xəzəryanı dövlət başçılarının sammitindən sonra imzalayıblar.

Xəzəryanı dövlətlərin deklarasiyasında habelə, İranın mübahisəli nüvə proqramına dəstək verilir. Burada deyilir ki, Nüvə Silahlarının Yayılmaması haqda müqaviləyə qoşulmuş hər hansı bir ölkə nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna malikdir.

Bundan öncə Rusiya prezidenti Putin beş dövləti başqa regional dövlətin işlərinə müdaxilə etməmək haqda öhdəlik götürməyə səsləyib. Rusiya prezidenti konkret olaraq heç bir dövlətin adını çəkməyib, lakin onun çıxışı ABŞ-ın Xəzər neftini qərbə ötürmək məqsədilə Azərbaycandan boru kəməri çəkməsi səylərinə güclü etiraz tonu ilə müşaiyət olunub.

XS
SM
MD
LG