Accessibility links

Yaponiya Birmaya ayırdığı pulu verməyəcəyi barədə xəbərdarlıq edib


Yaponiya Birmaya ayırdığı 5 milyon dollara yaxın məbləğdə pulu verməyəcəyini bildidib. Bunun əsas səbəbi Birmanın hərbi hökumətinin Ranqunda etiraz nümayişçilərinə qarşı zorakılıqları zamanı Yapon jurnalistini qətlə yetirməsidir.

Yaponiya nazirlər kabinetinin rəhbəri Nobukata Maçimura Yaponiyanın 4,7 milyon dolları Yapon-Birma Mübadilə Mərkəzi üçün nəzərdə tutduğunu deyib. Maçimura deyib ki, Yaponiya Birma hökumətini beynəlxalq ictimaiyyətin tövsiyələrinə qulaq asmağa və demokratiyaya doğru işləməyə çağırır. Qeyd edək ki, Yaponya Birmanı maliyyələşdirən ən iri donorlardan biridir.

Xatırladaq ki, sentyabr ayında Ranqunda təhlükəsizlik qüvvələri etiraz iştirakçılarına atəş açarkən Yapon jurnalisti Kenji Naqai də daxil olmaqla, azı 10 nəfər öldürülmüşdü. Birma hökuməti jurnalistin öldürülməsinin təsadüfən baş verdiyini deyir. Jurnalistin çəkdiyi video-lentdə isə ona hərbiçi tərəfindən yaxından atəş açıldığı göstərilir. Yaponiya rəsmiləri hadisə ilə əlaqədar təhqiqat aparılmasını tələb edirlər.

XS
SM
MD
LG