Accessibility links

Çin Dalay Lama ilə görüşə etirazını bildirib


Çin hökuməti xəbərdarlıq edib ki, Vaşinqton Tibetin mühacirətdə olan dini lideri Dalay Lamanı qəbul etdiyi təqdirdə ABŞ və Çin arasında münasibətlər ciddi şəkildə pozula bilər. Çinin xarici işlər naziri Yanq Jieçi deyib ki, onun ölkəsi bu görüşə etirazını bildirib və Vaşinqtonu danışıqları ləğv etməyə çağırıb. Çin bu məsələ ilə əlaqədar etirazını İranın nüvə proqramına qarşı qoyulacaq yeni sanksiyaların müzakirəsində iştirak etməyəcəyi ilə bildirib.

Prezident Buş bu gün Ağ Evdə Tibetin ruhani lideri Dalay Lama ilə görüşür. Çinin xarici işlər naziri Yanq habelə deyib ki, Çin ABŞ Konqresini Tibetin mühacirətdə olan dini liderinə Konqresin qızıl medalını verməməyə çağırıb. Amerikanın ən yüksək mülki mükafatı Dalay Lamaya sabah, prezident Buşun da iştirak edəcəyi mərasimdə təqdim ediləcək.

Çin Dalay Lamanı qəbul edən hər hansı ölkəyə qarşı etirazla çıxış edir. Xatıqladaq ki, 1950-ci ildə Çin ordusu Tibet ərazisini zəbt edib. Bundan sonra Hindistana qaçan Dalay Lama 1959-cu ildən başlayaq Çinin kommunist rejiminə qarşı mübarizəyə başlayıb. Lakin Pekin Tibetin əsrlər boyu onun ərazisi olduğunu deyir.

XS
SM
MD
LG