Accessibility links

Nəvaz Şərifin Pakistana yenidən qayıdacağı gözlənilir


Pakistanın sürgündə olan keçmiş baş naziri Navaz Şərifin noyabr ayında ölkəyə qayıdacağı gözlənilir. Ali Məhkəmənin cənab Şərifə sürgündən geri qayıtmasına icazə verməsinə baxmayaraq, Pakistan Müsəlman Liqasının rəhbəri sentyabrın 10-da vətənə ayaq qoyandan bir neçə saat sonra deportasiya edilmişdi. O, prezident Pərviz Müşərrəflə siyasi mübarizə aparmağı planlaşdırırdı. Qeyd edək ki, cənab Şərif həbsə məhkum olunmuşdu. Ancaq o, 10 il Pakistandan kənarda yaşayacağını vəd etdikdən sonra, general Müşərrəf Şərifə mühacirətdə yaşamağa icazə vermişdi.
XS
SM
MD
LG