Accessibility links

İraqın vitse-prezidenti Türkiyədədir


İraqın vitse-prezidenti Tariq əl Həşimi Türkiyə hökumətini şimali İraqdakı kürd separatçılarının bazalarına hərbi reydlər keçirməsini qarşısını almağa cəhd göstərmək üçün bu gün Türkiyəyə səfər edir. Türkiyə hökuməti sərhəd boyunca hərbi əməliyyatların mümkünlüyü təklifini sabah parlamentə çıxartması gözlənilir. Cənab Həşimi Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşəcək. İraqda hökumət sözçüsü Əli əl-Dabbaq Türkiyədən ölkənin cənub-şərqindəki kürd yaraqlılarının hücumlarını dayandırmaq üçün dinc vasitələrdən istifadə etməyi istəyib. Qeyd edək ki, son iki həftə ərzində PKK yaraqlıları 30 türk əsgərini öldürüblər.

XS
SM
MD
LG