Accessibility links

Dövlət katibi Rays Misir prezidenti Mübarəklə görüşüb


Misir ABŞ Dövlət katibi Kondoliza Raysa Birləşmiş Ştatların Yaxın Şərq sülh konfransı keçirmək planlarına ehtiyatlı şəkildə dəstək verib. Xanım Rays İsrail və fələstinlilər arasında fikir ayrılıqlarını azaltmaq səyləri çərçivəsində bu gün Misir prezidenti Hüsnü Mübarəklə görüşüb. Misrin xarici işlər naziri Əhməd Əbul-qeyt deyib ki, bu görüş Misirdə Amerikanın konfransla bağlı niyyətlərinə inam və etibar yaradıb. Bundan öncə Misir Birləşmiş Ştatların konfransa kifayət qədər hazırlıq gördüyünə şübhə ilə yanaşdığını bildirmişdi.
XS
SM
MD
LG