Accessibility links

Divaniyyədə zorakılıqlar davam edir


İraqdan alınan xəbərdə bildirilir ki, bu gün səhər Bağdadın cənubundakı Duvaniyyə şəhərindəki polis məntəqəsi yaxınlığında bomba partlayışı nəticəsində azı 7 polis işçisi ölüb. Rəsmilər eləcə də, Bağdaddan 180 km cənubdakı Affak şəhəri yaxınlığındakı polis məntəqəsinə hücum olduğu üçün oraya əlavə polis qüvvəsi göndərildiyini bildirib. Həmin bu regionun şiə qruplaşmaları arasında vaxtaşırı toqquşmalara səhnə olduğu deyilir.

İraqdakı ABŞ hərbiçilərinin məlumatında isə bildirilir ki, Əl-Qaidənin İraqdakı yaraqlılarına qarşı keçirilən əməliyyatlar zamanı 4 yaraqlı öldürülüb, 11 nəfər həbs edilib.

XS
SM
MD
LG