Accessibility links

Prezident Buş Konqresi genosid barədə qətnaməni səsverməyə çıxarmamağa çağırıb


Bir sıra ABŞ qanunvericiləri 1915-ci ildə Türkiyədə ermənilərin qətlə yetirilməsini genosid kimi qiymətləndirən qanun layihəsinə dəstəklərini geri götürüblər. Layihəyə dəstəyin azalması onun Konqresdə təsdiqini şübhə altına alır. Bu gün Vaşinqtonda mətbuat konfransı keçirən prezident Buş Konqresi qətnaməni səsverməyə çıxarmamağa çağırıb.

Türk hərbisinin rəhbəri General Yaşar Büyükanıt Birləşmiş Ştatlara xəbədarlıq edib ki, Nümayəndələr Palatasının qətnaməni qəbul etməsi iki ölkə arasındakı münasibətləri poza bilər. Qətnamənin qəbulu həmçinin, Türkiyənin İraq müharibəsinə dəstəyini azaltmasına gətirib çıxara bilər.

XS
SM
MD
LG