Accessibility links

Benazir Bhuttoya qarşı sui-qəsd 133 nəfərin həyatına son qoyub


Pakistanın sabiq baş naziri Benazir Bhutto bu gün keçirilən mətbuat konfransında bildirib ki, ona qarşı sui-qəsd törədildiləcəyini bilirdi. Xanım Bhutto əlavə edərək 133 nəfərin həlak olması ilə nəticələnən 2 bomba partlayışını təşkil etməkdə hökuməti günahlandırmadığını deyib. “Dünən baş verən hücumu müsəlmanlar təşkil etməyib çünki, onlar heç vaxt qadına və ya başqa müsəlmana sui-qəsd hazırlamazlar. Hücumlara baxmayaraq, mən demokratiya uğrunda kampaniyamı davam etidrəcəyəm” – deyə sabiq baş nazir bildirib. Qeyd edək ki, 2 bomba partlayışı xanım Bhuttonun 8 illik mühacirətinin ardından vətənə ayaq basmasında bir neçə saat sonra baş verib. Rəsmilər bildirirlər ki, ən azı 290 nəfər də yaralanıb. Prezident Pərviz Müşərrəf partlayışları ittiham edərək bu hücumları demokratiyaya sui-qəsd kimi qiymətləndirib. O həmçinin əhalini sakitləşdirmək üçün etdiyi çıxışında söz hər 2 bomba partlayışını tam araşdırılacağına söz verib.
XS
SM
MD
LG