Accessibility links

Beynəlxalq Valyuta  Fondu və Dünya Bankına üzv ölkələrin  illik yığıncağı keçirilir


Bu gün Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankına üzv ölkələrin illik yığıncağı keçirilir. Qlobal iqtisadiyyata Amerikada evlərin satışının tənəzzülü, ABŞ dollarının dəyər itirməsi və yanacaq qiymətlərinin qalxması ilə ciddi ziyan dəyib. Amerika Birləşmiş Ştatlarının maliyyə naziri Henri Paulson ev satışının azalmasını Amerika iqtisadiyyatına ən böyük risk adlandırıb. Dünən gecədən etibarən bu maliyyə qurumlarının siyasətinə etiraz olaraq yüzlərlə insan aksiyalara başlayıb. Nümayişçilər Beynəlxlaq Valyuta Fondu və Dünya Bankını yoxsullar və inkişaf etməkdə olan ölkələrin istismarında günahlandırır. Nümayişlər zorakıqlılarla müşayiət edilib.

XS
SM
MD
LG