ABŞ hərbçiləri bu gün Bağdadın Sədr qəsəbəsində 49 militantı öldürdüklərini deyirlər. İraq rəsmiləri ölənlər arasında mülki vətəndaşların olduğunu bildirir. ABŞ hərbi açıqlamasında deyilir ki, əsgərlər bu gün səhər İranın maliyyələşdirdiyi yüksək profilli girovdarı yaxalamaq üçün Şiə militantlarının istehkamına reyd keçirərkən atışma baş verib. Əsgərlər pulemyotdan və qumbaraatanlardan atəşə məruz qaldıqdan sonra hava qüvvələrini yardıma çağırıblar. Şahidlər döyüşlərdə iki azyaşlı uşağın həlak olduğunu deyirlər. Amerikalı həbrçilər əməliyyatda vətəndaşların öldürülməsindən agah olmadıqlarını bildiriblər.