Accessibility links

Türkiyə hökuməti 15 əsgərinin öldürülməsini müzakirə etmək üçün danışıqlar aparır


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İraq sərhədində kürd yaraqlıların 15 türk əsgərini öldürməsinə cavab hazırlamaq üçün hökumətin bu gün təcili danışıqlar aparacağını deyib. Bu səhər yaraqlılar Hakkari vilayətində Türkiyə hərbçilərini pusquya salıblar. Hücumda bir neçə əsgər də yaralanıb. Bununla yanaşı, İraq rəsmiləri türk ordusunun ölkənin kürdlər yaşayan kəndlərinə 15 mərmi atdığını deyirlər. Qeyd edək ki, bir neçə gün öncə, Türkiyə parlamenti İraqın şimalında PKK yaraqlılarına qarşı hərbi əməliyyatların mümkünlüyünü təsdiq etmişdi. Ölkə rəsmiləri PKK-nı keçən ay 30 türk əsgərini öldürməkdə günahlandırır. Başqa bir xəbərdə isə, ABŞ müdafiə naziri Robert Qeytsin Ukraynada türkiyəli həmkarı ilə görüşdüyü bildirilir. Onlar türklərin İraqdakı potensial əməliyyatlarını müzakirə ediblər.
XS
SM
MD
LG