Accessibility links

Türkiyədə referendum keçirilir


Türkiyədə bu gün gələcək prezidentin seçilmə proseduru üzərində referendum keçirilir. Türk seçiciləri prezidentin əvvəl olduğu kimi parlament və ya birbaşa seçkilərdə müəyyən edilməsinə səs verirlər. Bu referendum hakim Ədalət və İnkişaf Partiyasının islahat paketinin tərkib hissəsidir. AKP-nin təklif etdiyi referndumda həmçinin parlament seçkilərinin hər 5 ildən bir yox, hər 4 ildən bir keçirilməsi həll olunur. Hakim partiya referendumun siyasəti demokratikləşdirməyə yönəldiyini bildirir. İyul ayında keçirilən parlament seçkilərində AKP qalib gəldi və onun çoxluq təşkil etdiyi parlament Abdulla Gülü prezident seçdi.

XS
SM
MD
LG