Accessibility links

Polşanın parlament seçkilərində müxalifət partiyası qələbə əldə edib


Baş nazir Yaroslav Kaçinski hökuməti parlament seçkilərində Polşanın müxalifət partiyasına məğlub olub. Seçicilərin 90 faizinin səslərinin hesablanması ilə dünənki parlamanet seçkilərində Mülki Platforma partiyasının səslərin 41 faizini əldə etdiyi məlum olub. Bu isə partiyanın lideri Donald Tusku baş nazir vəzifəsinə və koalisiya hökumətinin rəhbərliyinə namizəd edir. Kaçinski məğlibiyyətini qəbul etmiş, Tusk isə polyakları öz vətənlərində rahatlıqla təmin edəcəyinə vəd verib. Qeyd edək ki, qalib partiya bizneslərin vergi ixtisarını, bürokratiyanın azaldılması və Avropa iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsinə çalışır. Seçkilərin nəticələri Avropa İttifaqı tərəfindən alqışlanıb.

XS
SM
MD
LG