Bu gün səhər İordan Çayının Qərb Sahilindəki Cenin şəhərində İsrail hərbiçiləri tərəfindən iki fələstinli yaraqlı qətlə yetirilib. İsrail ordusu hadisənin hərbiçilərin yaraqlıları ələ keçirmək məqsədi ilə evlərdə axtarış apararkən atəşə məruz qaldıqları nəticəsində baş verdiyini deyirlər. Onlar bir əsgərin yaralandığını və 6 nəfərin həbs edildiyini bildiriblir. Ölənlərin İslami Cihad qrupunun üzvü olduqları Fələstinin təhlükəsizlik qüvvələri tərəfindən təsdiq edilib.