Accessibility links

Iraq hökuməti Türkiyəyə yardım edəcək


İraqın xarici işlər naziri Hoşyar Zebari İraq hökumətinin PKK yaraqlıları ilə mübarizədə Türkiyəyə yardım edəcəyini bidlirib. Bu gün Bağdadda Türkiyənin xarici işlər naziri Əli Babacanla birgə mətbuat konfransında cənab Zebari deyib ki, o, türk həmkarını kürd yaraqlılarının təhlükəsindən müdafiə məqsədi ilə Türkiyəyə dəstək olacağında əmin edib. Hoşyar Zebari İraqın PKK-nın Türkiyə ilə münasibətini “zəhərləməsinə” yol verməyəcəyini bildirib. Türkiyənin xarici işlər naziri Əli Babacan Türkiyənin yaraqlılarla mübarizəsinin diplomatik, iqtisadi və dilaoq yolu ilə həllinə üstünlük verdiyini deyib.

XS
SM
MD
LG