Accessibility links

ABŞ Müdafiə naziri Əfqanıstana əlavə NATO qüvvələri göndərilməsini istəyəcək


ABŞ Müdafiə naziri Robert Qeytsin bü gün Hollandiyada müttəfiqlərin görüşündə NATO üzvlərindən Əfqanıstana daha çox hərbi qüvvə göndərilməsini istəməsi gözlənilir. Cənab Qeytsin sözlərinə görə, əfqan ordusuna təlim keçmək, vilayət islahat komandalarının təhlükəsizliyini təmin etmək üçün NATO qoşunlarına təcili ehtiyac var. O, NATO üzvlərinin Əfqanıstanda Taliban yaraqlılarına qarşı mübarizəyə keçən il daha çox qüvvə göndərmək barədə öhdəliklərinə əməl etmədiyinə görə təəssüfünü bildirmişdi. Əfqanıstanda Talibanla mübarizədə ən çox ABŞ, Böyük Britaniya və Kanada hərbi qüvvələri iştirak edir.
XS
SM
MD
LG