Accessibility links

Şimali Koreya nüvə obyektlərini sıradan çıxarmağa hazırlaşır


Cənubi Koreya rəsmiləri bidiriblər ki, Şimali Koreya bir neçə həftə ərzində əsas nüvə obyetklərini sıradan çıxarmağa hazırlaşır. Cənubi Koreyanın Xarici İşlər naziri Sonq Min-sun bi gün deyib ki, obyektlərin sıradan çıxarılması prosesi noyabr ayında başlayacaq. Onun bildirdiyinə görə, Şimali Koreya həmçinin bütün nüvə proqramlarını tam və dəqiq şəkildə bəyan etməyə hazırdır. Bununla yanaşı, Cənubi Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Baik Conq-çun deyib ki, o, Pxenyanın ilin sonuna qədər qoyulmuş son möhlətə qədər nüvə obeytklərini əsaslı şəkildə sıradan çıxaracağına ümid bəsləyir.
XS
SM
MD
LG