Accessibility links

Dövlət katibi Rays İrana qarşı yeni sanksiyaları müdafiə edir


ABŞ Dövlət katibi Kondoliza Rays Tehranın İnqilabi qvariyasının kütləvi qırğın silahlarını yaymaq, onun Qüds korpusunu isə Yaxın Şərqdə terrorizmi dəstəkləməsinə görə Birləşmiş Ştatların İrana qarşı yeni sanksiyarını müdafiə edib. Bu gün NBC teleşirkətinə müsahibəsi zamanı xanım Rays deyib ki, beynəlxalq ictimaiyyət xoşagəlməz seçimlər qarşısında qalanda buna qayğısız yanaşmamalıdır. Dövlət katibi habelə bildirib ki, ABŞ və Rusiya arasında Tehranla bağlı taktika və vaxt məsələlərində fikir ayrılıqları var, lakin Vaşinqton və Moskva İranın nüvə silahına malik olmamasına dair eyni məqsədləri bölüşür.
XS
SM
MD
LG