Accessibility links

Türkiyə lideri Avropa dövlətlərini qınayır


Türkiyə baş naziri bu gün Avropa dövlətlərini Kürd qiyamçılarını həbs edərək Türkiyəyə təhvil verməmələrinə görə tənqid edib. Baş nazir Rəcəb Təyyib Ərdoğan bu gün televiziya ilə xalqa müraciətində bildirib ki, PKK-nı terrorçu təşkilat adlandırmalarına baxmayaraq heç bir Avropa ölkəsi Kürdüstan Fəhlə Partiyasının üzvünü Ankaraya təhvil verməyib. O, spesifik olaraq ölkə adı çəkməyib. Türk hökuməti bəyan edir ki, qiyamçılar Avropada sığınacaq tapır və maliyyə fondları toplayırlar. Çıxışında cənab Ərdoğan bildirib ki, Vaşinqtona səfər etməzdən əvvəl heç bir əməliyyat keçirilməyəcək. O, dəfələrlə bildirib ki, Türkiyə artıq PKK hücumlarına dözməyəcək.
XS
SM
MD
LG