Accessibility links

Benəzir Bhutto atasının məqbərəsini ziyarət edib


Pakistanın sabiq baş naziri Benəzir Bhutto ona sui qəsd cəhdindən bəri ilk dəfə olaraq Karaçi şəhərini tərk edərək doğma kəndinə gəlib. Minlərlə tərəfdarı xanım Bhuttonun atasının məqbərəsini ziyarət etməyə gedən maşın karvanı ətrafına düzlənmiş və yolboyu sabiq baş naziri alqışlamışlar. Benəzir Bhutto Sind vilayətində Larkana qəsəbəsi yaxınlığındakı məqbərəyə qızılgül ləçəkləri tökmüş və sonra məzar başında oturaraq Quran oxumuşdur. Xanım Bhuttonu Karaçidən səfərdə iri təhlükəsizlik qüvvəsi müşaiyət edib. Bu arada ötən həftənin terror hücumu üzərində istintaq davam edir. Cümə günü polis hücumda əli ola bilmiş ikinci şübhəlinin şəklini ictimaiyyətə açıqlayıb.
XS
SM
MD
LG