Accessibility links

Rusiya raket sazişindən narazıdır


Rusiya strateji raket qüvvələrinin komandiri deyir ki, onun ölkəsi yaxın bir zamanda qısa və orta mənzilli ballistik raketlərin istehsalını bərpa edə bilər. General Nikolay Solovtsov dünən vurğulayıb ki, onun ölkəsi 5,500 kilometrədək məsafədə raketləri qadağan edən 20 illik ABŞ-Sovet sazişinə riayət edir. Lakin o, deyib ki, əgər siyasi qərar olsa, Rusiya sürətlə bu növ silahlar istehsal edə bilər. Ayın əvvəlində Rusiya prezidenti Vladimir Putin söyləmişdi ki, başqa ölkələrin belə raketlər istehsal etdiyi halda Rusiya üçün sazişdə qalmaq çətindir. Bu arada Portuqaliyada keçirilən Avropa Birliyi-Rusiya sammitində çıxış edən Putin ABŞ-ın Mərkəzi Avropada anti-raket sistemi yerləşdirmə planlarını Sovetlərin 1962-ci ildə Kubada mərmilər yerləşdirməsinə bənzədib.
XS
SM
MD
LG