Accessibility links

Kommunist partiyası Şanxaya yeni rəhbər təyin edib


Çinin hakim Kommunist Partiyası maliyyə mərkəzi olan Şanxayda yeni ali rəsmi təyin edib. Yu Jenqşenq mərkəzi Hubey vilayətində partiya rəhbəri vəzifəsində çalışdıqdan sonra Şanxayda yeni partiya katibi olacaq. O, Şi Cimpinqi 17-ci kommunist partiyası qurultayının müəyyənləşdirdiyi 9 üzvlük Politbüroda əvəzləyir. Yunun karyerası 1985-ci ildə qardaşı Amerikaya qaçdıqdan sonra ciddi zərbə aldı. Həmin hadisə zamanı Çinlilərlə birgə işləyən Mərkəzi Kəşfiyyat Agentliyinin işçisi də ifşa olundu.
XS
SM
MD
LG