Accessibility links

Pakistanın sabiq baş naziri bu gün partiyasının Xuda Bəxşdəki liderləri ilə görüşəcək


Pakistanın sabiq baş naziri Benazir Bhutto doğulduğu kəndə baş çəkib. Səfər çərçivəsində bu gün o, tərəfdarları və 140 nəfərin həyatına son qoymuş 18 oktyabr hadisəsinin qurbanlarının ailə üzvləri ilə görüşür. Xanım Bhuttonun rəhbəri olduğu Pakistan Xalq Partirasının yerli liderləri ilə görüşməsi gözlənilir. Sabiq baş naziri dünən doğma kəndi Qarhi Xuda Bəxşdə minlərlə tərəfdarı qarşılayıb. Quran oxunduqdan və atasının qəbrinin üstünə əklillər qoyulduqdan sonra, tərəfdarları qarşısında çıxış edən xanım Bhutto 8 il mühacirətdən sonra evə qayıtmağın yaxşı olduğunu demişdi.
XS
SM
MD
LG