Accessibility links

Səudiyyə  kralı Böyük Britaniyadadır


Səudiyyə Ərəbistanının kralı Abdulla Böyük Səudiyyə Ərəbistanının kralı Abdulla Böyük Britaniyaya rəsmi səfərə başlayıb. Bu gün kral Kraliça Yelizaveta tərəfindən qəbul edilib. Kraliça Səudiyyə monarxının şərəfinə təşkil edilən nahar yeməyinə ev sahibliyi edib. Axşam yeməyində Britaniyanın baş naziri və digər rəsmi şəxslər iştirak edib. Sabah kral Abdulla Britaniyanın baş naziri Gordon Braunla görüşməlidir. Britaniya rəsmiləri ilə görüşlər terrorizmlə mübarizə, İran, İraq, Livan və Yaxın Şərq sülh prosesi üzərində mərkəzləşəcək. Xatırladaq ki, Səudiyyə Ərəbistanını tərk etməzdən öncə kral Britaniya hökumətini beynəlxalq terrorizmlə mübarizədə lazımi fəaliyyət göstərməməkdə günahlandırmışdı.

XS
SM
MD
LG