Accessibility links

Vladimir Putin repressiya qurbanlarının anım mərasimində iştirak edib


Rusiya prezidenti Vladimir Putin Sovet diktatoru İosif Stalinin 1930-cu illərdəki repressiyalarının qurbanlarının xatirə mərasimində iştirak etmişdir. Cənab Putin Moskvadan cənubda yerləşən Butovo kilsəsində illik Xatirə Gününü anan yüzlərlə insana qoşulmuşdur.

Tarixçilər deyirlər ki, Stalin terrorunun qızğın çağında burada 20 000 siyasi məhbus edam olunub. Cənab Putin siyasi repressiyanın qurbanlarını anmış və müasir siyasi rəqabəti konstruktiv çərçivədə saxlamağa çağırmışdır. O, Rusiya Pravosla kilsəsinin rəhbəri Patriarx Aleksi ilə edam yerinə baş çəkdikdən sonra bu sözləri dilə gətirmişdir.

Rusiyanın aparıcı insan hüquqları təşkilatı olan Memorial 1937-ci ilin avqustu ilə 1938-ci ilin noyabr ayları arasında 725 000 siyasi məhbusun güllələndiyini deyir.

XS
SM
MD
LG