İraqda koalisiya qüvvələrinin Əl-Qaidənı hədəfə alan əməliyyatları zamanı 3 terrorçu öldürülüb. Terrorçular koalisiya qüvvələrinin binada gizlənən Əl-Qaidə liderindən təslim olmaq və yaraqlılardan binanı tərk etmək tələbinin yerinə yetirilmədiyindən sonra baş verən toqquşma zamanı öldürülüblər. Adı açıqlanmayan Əl-Qaidə liderinin bir çox avtomobil partlayışlarında əli olduğu bildirilir.
Koalisiya qüvvələri eləcə də Bağdadda axtarışda olan fərdi şəxsləri həbs edib. Regionda stabilliyi bərpa etmək üçün aparılan əməliyyatlar zamanı əlavə 11 nəfər tutulub. Dünən isə ABŞ Müdafiə Nazirliyi İraqdakı Birləşmiş Ştatlar ordusunun bütün özəl təhlükəsizlik şirkətlərinə nəzarət edəcəyini bildirib.