Accessibility links

Bu gün Amerikada Halloween bayramı qeyd edilir


Hər il olduğu kimi, bu gün də oktyabr ayının 31-i, amerikalılar Halovin bayramını qeyd edirlər. Bu gecə insanlar eybəcər və qorxunc kostyumlar geyinir, uşaqlar “trick or treat”, yəni “ya məni yaxşı qarşıla, ya da cəzalanacaqsan” mənasını verən bu sözlərlə məhəllələrindəki evləri qapı-qapı gəzərək şirniyyat toplayırlar. Lakin Meksiko və Mərkəzi Amerika xalqları bu bayramı “Ölülər Günü” adlandırırlar. Həmin gün onlar əzizlərinin xatirəsini yad edir və həyatın davamlılığını qeyd edirlər. . Bu, Aztek adətlərində olduğu kimi, ölümə ehtiram və ölüləri xatırlamaqdan qaynaqlanır.

Hələ 16-cı əsrdə ispanların Meksikada məskunlaşdıqları vaxtdan bəri onlar xristianların Müqəddəslər Günü adlı bayramını qeyd etmişlər. Bu da əzizlərin xatirəsinin yad edilməsi günüdür. “Ölülər Günü” günü sonradan adətlərin qarışmasına gətirib çıxardı.

İnsanlar “Ölülər Günü”nü noyabr ayının 1-i və 2-i qeyd edirlər. Həmin gün onlar əzizlərinin qəbirlərini ziyarət edir və oranı gözəlləşdirməyə çalışırlar. İnsanlar qəbiristanlığa portağal rəngli çiçəklər gətirir və şamlar yandırırlar. Bunlarla yanaşı onlar xüsusi hazırlanmış yeməklər və içki gətirirlər. Həmin gecə orada bayram qeyd edilir və insanlar əzizləri haqda müxtəlif maraqlı əhvalatları yada salırlar. Hazırlanmış xüsusi yeməklər “tamales” və “pan de muerto” adlanan xüsusi şirniyyatlardan hazırlanır və bu yeməklər dost-tanışa paylanır. Dostlar və qohumlar bir-birinə “calaveras”, şəkərdən hazırlanmış skelet başı şəklində şirniyyatlar verirlər. Evlərdə əzizləri xatirəsinin yad edilməsi üçün nəzərdə tutulan bir guşə ayrılır ki, oraya gül, şam və şəkilllər düzülür.

Meksikodan və Mərkəzi Amerikadan olan bir çox insan bu adətləri Biləşmiş Ştatlarda da davam etdirir. Məsələn, Kalifiorniya ştatının San Fransisko şəhərində böyük bir icma noyabr ayının 2-ni böyük bayram kimi qeyd edir. Yerli rəssamlar beş böyük ictimai köşk qururlar. Şəhərdə və ətrafda yaşayan insanlar oraya gül-çiçək, yemək və şəkillər gətirilər.

XS
SM
MD
LG