Accessibility links

Los Anceles yaxınlığındakı yanğının uşaq tərəfindən törədildiyi deyilir


Keçən həftə Los Anceles yaxınlığında 15 000 hektar sahənin yanmasına bir uşaq bais olub. Rəsmilərin sözlərinə görə, oğlan oktyabrın 21-də kibritlə oynayan zaman ərazinin qəflətən alovlandığını deyib. Onun artıq valideynlərinin himayəsinə buraxıldığı və istintaqın vilayət prokuroruna ötürüldüyü bildirilir. Oğlanın adı və yaşı polis tərəfindən gizli saxlanılır.

Bu arada rəsmilər Los Ancelesin cənubundakı Orange qraflığında 11 000 hektar sahənin yanması və 15 evin dağılmasına səbəb olan yanğının qəsdən törədildiyini bildirirlər.

XS
SM
MD
LG