Accessibility links

Benəzir Bhutto ailə üzvlərini görmək üçün Dubaya yola düşüb



" hspace=2 src="/azerbaijani/images/ap_pakistan_Bhutto_4oct07_eng_195.jpg" width=210 align=right vspace=2 border=0>Pakistanın sabiq baş naziri Benəzir Bhutto bu gün xəstə anası və digər ailə üzvlərini görmək üçün Dubaya yola düşüb. Benəzir Bhutto hökumətin fövqəladə vəziyyət elan edəcəyinə dair şayiələrə görə səfərini təxirə salacağını deyirdi. Şaiyələrə görə hökumət general Müşərrəfin yenidən prezident seçilməsinin konstitusiyaya uyğunluğuna dair Ali Məhkəmənin qərarından asılı olaraq fövqəladə vəziyyət elan edə bilər. Qeyd edək ki, məhkəmə işini sabah bərpa etməlidir.

Xanım Bhutto prezident Müşərrəflə hakimiyyətin bölüşməsi barədə razılıq əldə etdikdən sonra oktyabr ayının ortalarında mühacirətdən geri Pakistana qayıtmışdır.

XS
SM
MD
LG