Accessibility links

ABŞ dövlət katibi Amerika diplomatlarını öhdəliklərinə sadiq qalmağa çağırıb


ABŞ dövlət katibi Kondoliza Rays Dövlət Departamentinin müharibə zonasında məçburi şəkildə işçilərini xidmətə göndərilməsi qərarına qəzəblənən Amerika diplomatlarını əməkdaşları və vətənləri qarşısındakı öhdəliklərinə sadiq qalmağa çağırıb. Bu gün İrlandiyada müxbirlərlə söhbəti zamanı xanım Rays bir çox diplomatın İraqa könüllü şəkildə getdiyini deyib. Xatırladaq ki, Dövlət Departamentinin müharibə zonalarında icbari xidmətə dair qərarını veteran diplomat Cek Krotti tərəfindən potensial ölüm cəzası adlandırılıb. 200-lə 300 arasında əsas namizədlər siyahısına salınan diplomatlar ABŞ-ın İraqdakı səfirliyində 48 vakansiyanı doldurmalıdır.

XS
SM
MD
LG